05.06.2025
5 iyun 2025-ci il tarixində "Konstitusiya və suverenlik ili" çərçivəsində "İnsan hüquqları aylığı" ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinin, Gədəbəy Aşıq Məktəbinin və Gədəbəy Peşə Liseyinin birgə təşkilatçılığı ilə Gədəbəy Aşıq Məktəbinin iclas zalında "Ümumi lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Ümumi lider Heydər Əliyevin şərəfli həyat yolu və insan hüquqları ilə bağlı müdrik, siyasi fəaliyyəti barədə çıxışlar edilib. Müstəqil Azərbaycan Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqları barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.